FHN: Həkəri çayında batan şəxsin axtarışları aparılır

Reklam sahəsi

Həkəri çayının Zəngilan rayonunun Ağalı kəndindən keçən hissəsində bir nəfər batıb.

Bu barədə Elchi.az -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilərək axtarışlara başlayıblar.

Hazırda 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun batdığı ehtimal olunan istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Qeyd edək ki, daha əvvəl ilkin məlumat əsasında meyitin tapıldığı bildirilmişdi.

 

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir