Əfqanıstanda qaçqınları daşıyan yük maşını çaya aşdı: 4 ölü, 10 itkin

Reklam sahəsi

Pakistandan geri qayıdan əfqan qaçqınların olduğu yük maşını Lağman əyalətində çaya aşıb. Hadisə nəticəsində ən azı dörd nəfər həlak olub, səkkiz nəfər yaralanıb, daha 10 nəfər isə itkin düşmüş hesab olunur.

Elchi.az xəbər verir ki, bu barədə “ArianaNews” ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
“Xalid bin Vəlid” ordu korpusunun rəsmisi Vahidulla Məhəmmədi bildirib ki, hadisə gecə yarısı radələrində Kabil — Cəlalabad magistral yolunda, Sərhakan dairəsinin Xayroxel rayonunda baş verib.

Hadisə yerinə dərhal xilasedici briqadalar və müvafiq mütəxəssislər cəlb olunub, həmçinin ağır hərbi texnika və köməkçi nəqliyyat vasitələrindən istifadə edilib.

Rəsmilər əlavə ediblər ki, yük maşını artıq çaydan çıxarılıb.

Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir