Bu ölkədə “Maşa və Ayı” qadağan edilir… – Rəsmilər hərəkətə keçdi

Reklam sahəsi

Böyük Britaniyada bir qrup parlament üzvü məşhur uşaq cizgi serialı “Maşa və Ayı”mın yayımının dayandırılması və ya yenidən nəzərdən keçirilməsi üçün hökumətə müraciət edib.

Elchi.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “The Guardian” məlumat verib.

Bildirilib ki, çoxpartiyalı deputatlar qrupu mədəniyyət naziri Lisa Nandiyə məktub ünvanlayaraq, serialın gizli “təbliğat məzmunu” ehtiva edə biləcəyindən narahat olduqlarını qeyd ediblər:

“Serialın “Netflix” və Böyük Britaniyada ITVX platformasında yayımlandığı qeyd olunur. Deputatlar bildirirlər ki, uşaqlar üçün nəzərdə tutulan bu məzmun “sovet hərbi simvollarının və ideoloji elementlərin normallaşdırılması” riski daşıya bilər.

Məktubda xüsusilə bəzi epizodlarda qəhrəman Maşanın sovet dövrünü xatırladan hərbi geyimlər və simvollarla göstərildiyi iddia olunur. Ukraynanın Dövlət Dezinformasiyaya Qarşı Mərkəzi də serialın Rusiyanın “yumşaq güc aləti” ola biləcəyini bildirib.

Bununla belə, serialın istehsalçısı “Animaccord” bu iddiaları qətiyyətlə rədd edib və layihənin heç bir dövlət maliyyəsi almadan fəaliyyət göstərən müstəqil bir animasiya işi olduğunu vurğulayıb”.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir