NATO Rutteyə “nikah məsləhətçisi” adını verib
NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampla münasibətlər qurmaq üçün alyansın “nikah məsləhətçisi” olub.
Elchi.az xəbər verir ki, bu barədə “Reuters”ə adı çəkilməyən yüksək vəzifəli diplomat məlumat verib.
NATO diplomatı qeyd edib ki, Trampın rəğbətini qazanmaq üçün həmişə əla bir nikah məsləhətçimiz – Mark Rutte – var.
Bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius bildirmişdi ki, Ruttenin Trampla münasibətlərə yanaşması müsbət nəticələr verir.
İyunun 30-da NATO-nun baş katibi əvvəllər “ata” adlandırdığı Amerika liderinin yumor hissini yüksək qiymətləndirib.
Yeganə