Tramp NATO-nu sərt tənqid etdi
ABŞ prezidenti Donald Tramp ABŞ-ın NATO ölkələri ilə münasibətlərinin qarşılıqlı faydalı olmadığını bildirib.
Elchi.az xəbər verir ki, o, bunu özünün “Truth Social” səhifəsində yazıb.
“Münasibətlər qarşılıqlı faydalı olmadığı halda ABŞ-ın bu birtərəfli yolu davam etdirməsi gülüncdür. Onlar bizim üçün olmayıb!!!” deyə paylaşımda bildirilir.
Ağ Ev rəhbəri paylaşımına NATO üzv dövlətlərinin ittifaq daxilində xərclərini göstərən bir şəkil əlavə edib. Qrafikə görə, ABŞ-ın xərcləri 999 milyard dollar təşkil edir ki, bu da digər ölkələrin töhfələrini xeyli üstələyir.
Böyük Britaniya ikinci yerdə (90,5 milyard dollar), üçüncü yerdə Fransa (66,5 milyard dollar), dördüncü yerdə İtaliya (48,8 milyard dollar) və beşinci yerdə Polşa (44,3 milyard dollar) qərarlaşıb.
Donald Tramp əvvəllər ABŞ-ın NATO-ya digər ölkələrə nisbətən daha çox pul xərcləməsindən və bundan heç bir fayda əldə etməməsindən qəzəbləndiyini bildirmişdi.
Yeganə