Yunanıstan sahillərində 5,2 maqnitudalı zəlzələ baş verib

Reklam sahəsi

Yunanıstanın Karpatos adası sahillərində güclü zəlzələ qeydə alınıb.

Elchi.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) mütəxəssisləri məlumat yayıb.

Yeraltı təkanlar iyulun 2-si yerli vaxtla saat 14:06-da qeydə alınıb. Zəlzələnin maqnitudası 5,2-yə çatıb ki, seysmoloqlar bunu mülayim dağıntılara səbəb ola biləcək güclü zəlzələ hesab edirlər.

Təbii hadisənin episentri Karpatos adasından 21 kilometr cənub-şərqdə, Krit adasındakı İraklion şəhərindən isə 121 kilometr şərqdə yerləşib. Zəlzələ ocağı 6 kilometr dərinlikdə qeydə alınıb. Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir