Ermənistanın Baş naziri: Qazaxdan Türkiyə sərhədinə qədər uzanan yolun açılması üzrə iş aparılır
Ermənistan Gümrü–Axurik və Yerasx (Arazdəyən) dəmir yolu xətlərinin bərpasına başlayıb.
Elchi.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.
“Regiona beynəlxalq dəmir yolu marşrutlarının daxil olduğu bir vaxtda ölkə bu yolların Ermənistandan yan keçməsinə sadəcə müşahidəçi rolunda qala bilməz. Bu yollar Ermənistan Respublikasının mülkiyyətidir və biz öz mülkiyyətimizi özümüz idarə etməliyik”.
Baş nazir bildirib ki, mövcud şəraitdə Ermənistan dəmir yollarının idarə edilməsinin Rusiya konsessiyasında olması səbəbindən ölkə öz rəqabət üstünlüklərini itirir.
Paşinyan Mərkəzi Asiyadan Avropaya ən qısa marşrutun Ermənistandan, xüsusilə də ölkənin şimal bölgələrindən keçdiyini bir daha vurğulayıb.
Paşinyanın sözlərinə görə, hazırda Avropa İttifaqı ilə Azərbaycanın Qazax rayonundan Ermənistanın İcevan, Vanadzor, Gümrü şəhərləri və Axurik (Türkiyə sərhədi) istiqamətində uzanan magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır: “Bu layihəni həyata keçirmək çox asandır. Bunun üçün yalnız siyasi razılaşma lazımdır”