Fransa “Tagor” neft tankerinin sahibini 1 milyon avro cərimələyib

Reklam sahəsi

Fransa Hərbi Dəniz Qüvvələri tərəfindən Atlantik okeanında saxlanılan “Tagor” neft tankerinin sahibi bayrağın olmaması və hakimiyyət orqanlarının tələblərinə tabe olmaqdan imtina etdiyinə görə 1 milyon avro məbləğində cərimələnib.

Elchi.az xəbər verir ki, bu barədə “Agence France-Presse” Brest prokurorluğuna istinadən məlumat yayıb.

İdarənin məlumatına görə, təqsirin etiraf edilməsi haqqında razılaşma çərçivəsində “gəmidən inzibati həbs götürüləcək və o, Fransanın ərazi sularını tərk edə biləcək”.

İyunun 1-də Fransa Prezidenti Emmanuel Makron bəyan etmişdi ki, respublikanın Hərbi Dəniz Qüvvələri Böyük Britaniya və digər tərəfdaşların dəstəyi ilə Atlantik okeanında Rusiyadan gələn və sanksiya altında olan “Tagor” tankerini saxlayıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bəyan edib ki, Moskva tankerin saxlanılmasını qanunsuz hesab edir. Onun sözlərinə görə, bu addım dəniz quldurluğu ilə həmsərhəddir.

Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir