Bakının mərkəzində bu yollar tam bağlanır

Reklam sahəsi

Bakıda daha iki yol sahəsində təmir işləri icra edilir.

Bu barədə Elchi.az-a Azərbaycan Aztomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar olaraq nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq olunur.

Belə ki, bu gün saat 10:00-dan iyulun 4-ü, saat 07:00-dək Xan Şuşinski küçəsi (Rəşid Behbudov küçəsindən Vaqif küçəsinədək) yol tam bağlanır.

Bu gün saat 10:00-dan sabah saat 22:00-dək Hüseyn Cavid prospekti (Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Lev Landau küçəsinədək) hərəkət qismən məhdudlaşdırılır. Sabah saat 22:00-dan iyulun 6-sı, saat 07:00-dək isə bu yol tam bağlanacaq.

Sürücülərdən qeyd olunan tarixlərdə alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir