OpenAI-nin ABŞ hökumətinə 5% pay təklif etməsi iddiaları
Süni intellekt şirkəti OpenAI-nin ABŞ hökumətinə şirkətdə 5% pay təklif etdiyi iddia edilir.
Elchi.az xəbər verir ki, Financial Times qəzetinin məsələyə yaxın mənbələrə istinadən verdiyi məlumata görə, süni intellekt modellərinin təhlükəsizlik və tənzimləyici narahatlıqları səbəbindən Vaşinqtonda böyük siyasi təzyiq hiss edən OpenAI-nin baş direktoru Sem Altman bu təklifi Donald Tramp administrasiyası ilə görüşlər zamanı irəli sürüb.
Hesabatda bildirilir ki, Altmanın iddiasına görə, ictimaiyyətin şirkətdəki maliyyə payı süni intellektin iqtisadi qazanclarını cəmiyyətlə bölüşməyin ən yaxşı yoludur.
Altmanın hökumətə şirkətdə 5% pay təklif etdiyi bildirilsə də, bazar dəyəri 852 milyard dollar olan OpenAI-nin 5%-i təxminən 42,6 milyard dollara bərabərdir.
Hesabatda həmçinin vurğulanıb ki, Altmanın ABŞ-da yerləşən digər süni intellekt nəhənglərinin yaradılacaq “milli suveren sərvət fondu” vasitəsilə oxşar payları hökumətə ötürməsi təklifi var.
Tramp administrasiyasının səhm təklifini qəbul edib-etməyəcəyi hələ də məlum deyil.
Aprel ayında OpenAI həmçinin süni intellekt sektorundan əldə edilən iqtisadi faydaları ictimaiyyətə paylamaq üçün “ictimai rifah fondu”nun yaradılmasını təklif etdi.