Suriyada 3 türkmana vəzifə verilib

Reklam sahəsi

Suriya Prezidenti Əhməd Əl Şaraa Xalq Məclisində 3 türkmana vəzifə verib.

Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin Suriyadakı səfiri “X” sosial şəbəkə hesabında yazıb.

“Suriya Prezidenti Əhməd Əl Şaranın bu gün etdiyi təyinatlarda Xalq Məclisinə 3 türkmən qardaşımız da seçilib”, – N. Yılmaz bildirib.

Onun sözlərinə görə, Əbdürrəhman Mustafa (Suriya Türkman Məclisinin Sədri) Hələb, İmad Barak Homs, Xəlil Dərdə Abdullah isə Rəqqa şəhəri üzrə təyinat alıb:

“Türkman qardaşlarımızı da xüsusən təbrik edir, güclü Suriya üçün xeyirli xidmətlər diləyirəm”.

 

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir