Doron Şpilman İsrail Baş nazirinin beynəlxalq mətbuat katibi təyin olunub

Reklam sahəsi

İsrail Baş naziri Benyamin Netanyahunun Ofisi Doron Şpilmanın İctimaiyyətlə Əlaqələr İdarəsinin beynəlxalq mətbuat katibi təyin olunduğunu elan edib.

Elchi.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Beynəlxalq kommunikasiyalar, strateji məsələlər və milli təhlükəsizlik sahəsində ekspert olan Şpilman, ictimaiyyətlə maarifləndirmə (izahetmə) fəaliyyəti və beynəlxalq media sahəsində iyirmi ildən çox təcrübəyə malikdir. O, İsrail Müdafiə Ordusunun (SAXAL) mayor rütbəli ehtiyatda olan zabiti kimi, ordunun mətbuat xidmətində xarici media ilə əlaqələr üzrə nümayəndə qismində çalışıb, dünyanın aparıcı kütləvi informasiya vasitələrinə yüzlərlə müsahibə və reportajlar verib.

Son illərdə o, strateji kommunikasiyalar və media-məsləhətçilik şirkətinin təsisçisi və baş direktoru, həmçinin İsrail Azadlıq Mərkəzinin baş elmi işçisi olub.

Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir