Reuters: Müdafiə xərclərinin azlığı səbəbindən NATO-nun Albaniya sammiti təhlükədədir

Reklam sahəsi

Alyans ölkələrinin liderləri tərəfindən elan edilmiş NATO-nun 2027-ci ildə Albaniyada keçiriləcək sammiti, Tirananın müdafiə xərclərinin həcmini artırmaqda qarşılaşdığı problemlər səbəbindən baş tutmaya bilər.

Elchi.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Avropa ölkələrinin rəhbərliyindəki mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, ilkin olaraq 2027-ci il sammitinin Albaniyada keçirilməsi planları NATO ölkələri liderlərinin ötən il Niderlandda keçirilən görüşünün yekun bəyanatında yer almışdı. Həmin vaxt 2026-cı il sammitinin iyulun 7-8-də Türkiyənin Ankara şəhərində keçiriləcəyi də elan edilmişdi. “Reuters”in mənbələrinin bildirdiyinə görə, Ankarda keçiriləcək görüşün yekun sənədlərinin layihələrində 2027-ci il sammitinin tarixi və yeri barədə heç bir qeyd yoxdur.

Agentliyin həmsöhbətləri qeyd ediblər ki, Albaniyanın müdafiə xərclərinin artırılması planlarının icrasındakı zəif nəticələri Vaşinqtonun mənfi reaksiyasına səbəb ola bilər. Bununla yanaşı, NATO-nun Avropa ölkələri ABŞ-yə müdafiə sektorunun maliyyələşdirilməsinin artırılmasında konkret nəticələr nümayiş etdirməyə çalışırlar, buna görə də diqqətin Albaniyaya yönəldilməsi Vaşinqtonun mövqeyini pisləşdirə bilər.

Məryəm 

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir