Livan ordusunun komandanı ABŞ CENTCOM rəhbəri ilə regional vəziyyəti müzakirə edib
Livan ordusunun komandanı general Rodolf Haykal ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Bred Kuper ilə görüşüb. Görüş zamanı tərəflər Livandakı və regiondakı vəziyyəti, həmçinin çərçivə sazişinə əlavə edilən təhlükəsizlik protokolunun icra mexanizminin reallaşdırılmasını müzakirə ediblər.
Elchi.az xəbər verir ki, bu barədə Livan ordusunun mətbuat xidməti məlumat yayıb.
General Haykal Amerikanın göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib və Livanın təhlükəsizliyi ilə sabitliyinin qorunması üçün iki ordu arasında əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Məryəm