Çexiya Ukraynaya pilotların hazırlığı üçün 10 ədəd təlim təyyarəsi verib

Reklam sahəsi

Çexiya hökuməti bu ölkənin “Dárek pro Putina” (Putinə hədiyyə) təşəbbüsünün fəalları ilə birgə Ukraynaya 10 ədəd “ALTO NG” təlim-məşq təyyarəsi təhvil verib.

Elchi.az “Evropeyskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, təyyarələrin 5-i Çexiya hökuməti tərəfindən Hərbi Hava Qüvvələrinin İmkanları Koalisiyası çərçivəsində, digər 5-i isə Çexiyanın “Dárek pro Putina” xeyriyyə fondunun vəsaiti hesabına təmin edilib.

Müdafiə Nazirliyindən izah edildiyi kimi, bu yüngül mühərrikli təyyarələrin gəlişi Ukraynada tamdəyərli təlim bazası yaratmağa, döyüş aviasiyası ilə müqayisədə uçuş saatının dəyərini kəskin şəkildə azaltmağa və ukraynalı pilotların NATO standartlarına uyğun mürəkkəb Qərb texnikasına keçidini sürətləndirməyə imkan verəcək.

“Bu prosesin ölkə daxilində təşkil olunması xarici təlim proqramlarından asılılığı əhəmiyyətli dərəcədə azaldır, dövlət resurslarına qənaət edir və Hərbi Hava Qüvvələri üçün yeni kadrların hazırlanmasının avtonomluğunu təmin edir”, — deyə nazirlikdən əlavə edilib.

Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir