Rutte Rusiyanı NATO təhlükəsizliyinə əsas təhdid adlandırıb
NATO-nun baş katibi Mark Rutte bəyan edib ki, Rusiya Avro-Atlantik təhlükəsizliyə əsas birbaşa təhdid olaraq qalır.
Elchi.az xəbər verir ki, o, bu barədə alyansın müdafiə nazirlərinin mayın 20-də Brüsseldə keçiriləcək iclasından əvvəl bildirib.
Onun sözlərinə görə, beynəlxalq vəziyyət, xüsusən də Avropada daha gərgin və münaqişələrlə dolu olub, təhlükəsizliyin təmin edilməsi üçün NATO müttəfiqləri arasında daha güclü koordinasiya tələb olunur.
Rutte həmçinin qeyd edib ki, alyans ölkələri sabitlik və təhlükəsizliyini sarsıtmaq cəhdləri ilə üzləşirlər və bu, NATO çərçivəsində əməkdaşlığı xüsusilə vacib edir.
Yeganə