FHN-in Mülki müdafiə qoşunlarında çoxnövçülük idmanı üzrə birincilik keçirilib

Reklam sahəsi

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının komandanlığının təşkilatçılığı ilə qurumun hərbi hissələri arasında çoxnövçülük idmanı üzrə birincilik keçirilib.

Bu barədə Elchi.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ölkəmizdə idmanın inkişafı sahəsində görülən böyük işlərdən danışıb, Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını bildiriblər.

MMQ-nin Fiziki hazırlıq və idman şöbəsinin zabitlərindən ibarət hakimlərin idarəçiliyi ilə keçirilən yarışda ümumilikdə 10 komanda, 44 idmançı iştirak edib. 100 və 1000 metrə qaçış, üzgüçülük, pnevmatik tapançadan atəşaçma, daşqaldırma və turnikdə dartınma növlərində yarışan idmançılar həm şəxsi, həm də komanda hesabında mübarizə aparıblar.

Gərgin keçən yarışda komanda hesabında birinci yeri Şirvan, ikinci yeri Qəbələ, üçüncü yeri isə Gəncə komandası tutub.

Şəxsi göstəricilərə görə əsgər Bağırlı Fərhad Nahid oğlu birinci, əgər Bağırov Asim Ceyhunoviç ikinci, baş leytenant Əsədov Elxan Ramis oğlu üçüncü yerə layiq görülüb.

Sonda qaliblərə kubok, medal və diplomlar təqdim edilib.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir