“Ərdoğanla söhbət çox yaxşı keçdi” – Tramp
ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla söhbətinin çox yaxşı keçdiyini deyib.
Elchi.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Prezidentlə çox yaxşı söhbətim oldu; bizim çox yaxşı münasibətimiz var”,-deyə Tramp bildirib.
Qeyd olunub ki, həmin gün Trampın İsrailin baş naziri Benyamin Netanyahu ilə uzun və çətin telefon danışığı apardığı bildirilib. Hər iki tərəf növbəti addımlar barədə razılığa gələ bilməyib.
Yeganə