Livan və İsrail sərhəd ərazilərinin təhvilini müzakirə edir
Livan və İsrail nümayəndələri Vaşinqtonda keçirilən danışıqlarda Livanın cənubunda, “Hizbullah” təşkilatı ilə münaqişə zamanı İsrail hərbçiləri tərəfindən işğal olunmuş ərazinin bir hissəsinin Livan ordusunun nəzarətinə verilməsi ideyasını müzakirə edirlər.
Elchi.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Livan və İsraildəki mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətləri bildiriblər ki, ABŞ tərəfindən dəstəklənən plana əsasən, Livan hərbçiləri ilk növbədə Amerikanın hazırlıq və yoxlama mərhələsindən keçməlidirlər. Bu yolla ABŞ həmin hərbçilərin “Hizbullah” ilə əlaqəli olmadığına əmin ola biləcək. İsrail isə öz növbəsində Livanla sərhəddəki bufer zonada hərbi mövcudluğunu qoruyub saxlamalıdır.
Məryəm