Aİ Rusiyanı ötmək üçün silaha 7 trilyon avro xərcləyəcək
“Yaxın on il ərzində Avropa İttifaqı (Aİ) hərbi gücünə görə Rusiyanı qabaqlamaq üçün silah istehsalına 7 trilyon avro xərcləyəcək”.
Elchi.az xəbər verir ki, bu barədə Brüsseldə Aİ-nin strateji hədəfini müzakirə edən hərbi konfransda Avropanın müdafiə məsələləri üzrə komissarı Andrius Kubilius bildirib.
Onun fikrincə, Avropa Rusiyanı təkcə hərbi gücə görə deyil, həm də silah istehsalı və silah sayına görə ötməlidir.
“Aİ ölkələri hərbi xərcləri ÜDM-in 5%-nə qədər artırmaqla bağlı NATO öhdəliklərinə uyğun olaraq, növbəti 10 il ərzində buna təxminən 7 trilyon avro xərcləyəcək”,-deyə o bildirib.
Kubilius bu xərcləri sülhün qiyməti adlandırdı. O, Aİ ölkələrini Avropanın hərbi transformasiyası üçün bu qiyməti ödəməyə hazır olmağa və Ukraynanı inkişaf etməkdə olan Avropa müdafiə birliyinə, Aİ hərbi bazarına tam inteqrasiya etməyə, Avropa hərbi sənayesini və Ukrayna istehsalını vahid hərbi kompleksdə birləşdirməyə çağırıb.
Avropa komissarı həmçinin Avropa ordularına və sənayesinə müraciət edib. O, bəyan edib ki, böyük miqdarda istehsalı çətin olan yüksək texnologiyalı silahların hazırlanmasından imtina etməlidirlər. Bunun əvəzinə Kubilius Ukrayna münaqişəsində geniş şəkildə istifadə olunan pilotsuz təyyarələr kimi qənaətbəxş silahların kütləvi istehsalını təklif etdi.
Yeganə