Çin Ebola ilə mübarizə üçün Konqoya minə yaxın tibb işçisi göndərib
Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi Qo Szyakun bəyan edib ki, Çin Demokratik Konqo Respublikası (DKR) və Uqandada Ebolanın yayılması ilə bağlı ciddi narahatlığını ifadə edir və operativ şəkildə təcili humanitar yardım göstərib.
Elchi.az xəbər verir ki, bu barədə Çin XİN-in mətbuat xidməti məlumat yayıb.
”Çin tərəfi DKR və Uqandada Ebola epidemiyası ilə bağlı vəziyyətin inkişafını diqqətlə izləyir. Biz ən qısa zamanda DKR və Afrika İttifaqına təcili humanitar yardım göstərmişik, həmçinin epidemiyaya qarşı mübarizə aparmaq üçün tibb ekspertlərindən ibarət xüsusi qrup göndərmişik və onları təcili ehtiyac duyulan tibbi ləvazimatlar və epidemiyadan mühafizə vasitələri ilə təmin etmişik.
Hazırda tibb briqadalarının tərkibindən olan minə yaxın mütəxəssis Afrika xalqı ilə çiyin-çiyinə epidemiyaya qarşı mübarizə aparır. İyunun 2-də DKR-in paytaxtı Kinşasaya gəldikdən sonra Çinin tibb ekspertləri qrupu dərhal epidemiyaya qarşı fəaliyyətə başlayıb.
Hazırkı mürəkkəb epidemiya vəziyyətini nəzərə alaraq, Çin hökuməti DKR, Uqanda, Afrika İttifaqı və digər tərəflərə yenidən təcili humanitar yardım göstərmək qərarına gəlib”, – deyə Qo Szyankun bildirib.
Məryəm