Tramp ABŞ-ın NATO-ya xərclədiyi 600 milyard dolları “dəlilik” adlandırıb
ABŞ-ın NATO-ya ayırdığı vəsaitlər həddindən artıq çoxdur.
Elchi.az xəbər verir ki, bunu Amerika prezidenti Donald Tramp Avropa ölkələrinin İranla müharibədə yardım göstərməkdən imtina etmək qərarını şərh edərkən bəyan edib.
Ağ Evdə jurnalistlərə açıqlama verən Amerika lideri “Beləliklə, biz bütün bu pulları xərclədik — yəqin ki, 600… Məncə, biz ildə 600 milyard dollar xərcləyirdik, elə deyilmi? Bu barədə düşünün: NATO-ya xərclədiyimiz məbləğlər sadəcə dəlilikdir, onlar isə bizə kömək etmədilər”, — deyə bildirib.
Trampın sözlərinə görə, ABŞ “kiçik işlərdə” kömək almaya biləcəyi üçün, özü də yardım göstərməkdən imtina etmək hüququna malikdir.
Məryəm