Dünən keçirilən imtahanların nəticələri 10 gün sonra elan olunacaq

Reklam sahəsi

İyunun 21-də keçirilən Azərbaycan dili (dövlət dili) fənni üzrə imtahan materiallarının emalı aparılır.

Bu barədə Elchi.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Eyni zamanda bildirilib ki, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə iyunun 21-də keçirilən imtahan materialları da emal edilir.

Yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 10 gündən sonra elan olunması nəzərdə tutulur.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir