Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanıldı
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən 41 Elşad Əzizov, 42 yaşlı Tural Əsgərov, 61 yaşlı Siyavuş Məmmədov və 62 yaşlı İlqar Zeynalov saxlanılıb. Onlardan 1 kiloqramdan artıq marixuana və 1 ədəd odlu silah aşkarlanıb.
Bu barədə Elchi.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə sözügedən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.