Ukrayna Amerika silahlarının alınması üçün 1 milyon dollar alacaq

Reklam sahəsi

Ukraynanı dəstəkləyən ölkələr NATO-ABŞ PURL təşəbbüsü çərçivəsində silah tədarükü üçün 1 milyard dollar ayıracaq.

Elchi.az xəbər verir ki, bu barədə Polşa KİV-ləri Ukrayna üzrə Təmas Qrupunun Brüsseldə keçirilən iclasının yekunlarına dair məlumat yayıb.

PURL təşəbbüsü 14 iyul 2025-ci ildə ABŞ prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte tərəfindən elan edilib. O, ABŞ istehsalı olan silahların, o cümlədən hava hücumundan müdafiə sistemlərinin, döyüş sursatlarının və ehtiyat hissələrinin alınması üçün nəzərdə tutulub.

ABŞ-ın Ukrayna üçün silah alınmasının maliyyələşdirilməsi təşəbbüsü ABŞ administrasiyası Kiyevə pulsuz silah tədarükünü davam etdirməkdən imtina etdikdən sonra ortaya çıxıb.

                                                                                                                                                                       Yeganə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir