İsveçrə XİN: ABŞ və İranın iyunun 19-da keçirilməli olan görüşü təxirə salındı

Reklam sahəsi

ABŞ və İran arasında İsveçrənin Bürgenştok şəhərində keçirilməli olan danışıqlar təxirə salınıb və iyunun 19-da baş tutmayacaq.

Elchi.az xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“ABŞ, İran, Qətər və Pakistan arasında planlaşdırılan məsləhətləşmələr təxirə salınıb. İsveçrə bu müzakirələrin aparılmasına vasitəçilik etməyə hər zaman hazırdır. Müvafiq hazırlıq işləri davam edir”, — deyə qurumun bəyanatında bildirilir.

Öz növbəsində, İsveçrənin “Keystone-ATS” agentliyi ölkənin XİN nümayəndəsi Nikolas Bidonun sözlərindən sitat gətirib. O bəyan edib ki, İsveçrə “dialoqun asanlaşdırılması istiqamətindəki səylərinə tam sadiq qalmaqda davam edir”.

Agentlik görüşün təxirə salınmasının səbəblərini açıqlamır, həmçinin yeni tarix barədə məlumat vermir.

Məryəm

 

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir