Paşinyan: “ABŞ TRIPP layihəsi üçün fond yaradır”
ABŞ-də “Trampın beynəlxalq sülh və rifah marşrutu” (TRIPP) təşəbbüsünə və eləcə də bir sıra digər regional layihələrə maliyyə dəstəyi göstərmək məqsədilə xüsusi fondun yaradılması barədə qərar qəbul edilib.
Elchi.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumət iclasının ardınca keçirilən brifinqdə çıxışı zamanı bildirib.
“Birləşmiş Ştatlar maliyyələşmə ilə bağlı ilkin qərar qəbul edərək TRIPP layihəsi və digər regional təşəbbüslərin maliyyələşdiriləcəyi bir fond yaradıb”, – deyə o vurğulayıb.
N.Paşinyan hər hansı qeyri-dəqiqliyə yol verməmək üçün konkret rəqəmlər səsləndirmək istəmədiyini diqqətə çatdırıb. Bununla belə, o, layihələr üçün böyük həcmdə fondun ayrıldığını qeyd edib.