Avropa Komissiyası fermerlərə 540 milyon avro ayıracaq

Reklam sahəsi

Avropa Komissiyası (AK) gübrə qiymətlərinin artması səbəbindən Aİ fermerlərinə 540 milyon avro ayırmağı təklif edib.

Elchi.az xəbər verir ki, AK-nin bəyanatında deyilir.

Bəyanatda qeyd edilib ki, əlavə olaraq, Aİ hökumətləri fermerlərə dəstək üçün əlavə kreditlərin təmin edilməsi üçün AK təsdiqini alacaqlar. Bu, Brüsselin fikrincə, milli büdcələrdən kənd təsərrüfatına dəstək üçün ayrılan məbləği iki dəfə artıraraq, Aİ-nin kənd təsərrüfatı sektoruna dövlət dəstəyinin ümumi həcmini 1,5 milyard avroya çatdıracaq.

AK Avropada gübrə qiymətləri böhranının Rusiya və Belarusa, o cümlədən gübrə istehsalçılarına qarşı Avropa sanksiyaları, eləcə də Rusiya qazının alınmasına qoyulan qadağalarla bağlı olub-olmadığını dəqiqləşdirməyib.

                                                                                                                                                                                                                         Yeganə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir