Ermənistan xarici ölkələrdən aldığı silahların adlarını dəyişdirir
“Müxtəlif ölkələrdən alınan yeni silahlar istehsalçı ilə bağlanmış müqavilələrdə qadağan olunmayan ənənəvi erməni adlarını daşıyır”.
Elchi.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan jurnalistlərlə keçirdiyi brifinqdə müxtəlif ölkələrdə istehsal olunan yeni silahların niyə erməni adları ilə əvəz olunduğu və bunun qadağan olunub-olunmadığı sualına cavab olaraq bildirib.
“İstehsalçılarla müqavilələrimiz var, həmin müqavilələrdə alınan silahların adlarını dəyişdirmək hüququmuz olmadığı barədə bənd yoxdur”, – Asryan qeyd edib.
Xatırladaq ki, mayın 28-də İrəvanda keçirilən hərbi parad zamanı müxtəlif ölkələrdən alınan silahlar erməni adları ilə təqdim olunub. Amma silahların əldə edildiyi ölkələrin adları qeyd edilməyib.