Zelenski münaqişənin həlledici məqamından danışıb
“Ukrayna və Avropa Avropa İttifaqı (Aİ) və NATO-nun iyun və iyul aylarında keçiriləcək sammitlərində qəbul olunacaq qərarlara hazırlaşmalıdırlar”.
Elchi.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Estoniya prezidenti Alar Karis ilə birgə mətbuat konfransı zamanı münaqişənin həlledici məqamından danışıb.
“Bu gün bizim hamımızın Avropa İttifaqı, G7 və NATO səviyyəsində sammitlərdən gözlədiyimiz danışıqlara və qərarlara hazırlaşmaq çox vacibdir. Bu ilin iyun və iyul ayları çox şey ifadə edə bilər”, – Ukrayna prezidenti bildirib.
2026-cı il iyunun 18-19-da Brüsseldə Aİ liderlərinin sammiti keçiriləcək. NATO sammiti isə 7-8 iyulda Ankarada keçiriləcək.
Bundan əvvəl bildirilmişdi ki, Zelenski rusiyalı oliqarx Roman Abramoviçlə görüşü zamanı Donbasda mümkün ərazi güzəştlərini rədd edib. Zelenski Abramoviç vasitəsilə Rusiya prezidenti Vladimir Putinə mesaj da çatdırıb.
Yeganə