Bayraktaroğlu amerikalı həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib

Reklam sahəsi

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu ABŞ Afrika Komandanlığının (AFRICOM) komandanı, ordu generalı Daqvin Anderson ilə videogörüş keçirib.

Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin “X” sosial şəbəkə hesabında məlumat yayılıb.

Videokonfrans formatında təşkil olunan görüş zamanı regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə edilib.

Tərəflər qarşılıqlı maraq doğuran təhlükəsizlik gündəliyi və regional vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

 

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir