Gəncənin baxımsız yolları sakinləri çıxılmaz vəziyyətdə qoydu – VİDEO

by xeberleraz

Gəncənin mikrorayon ərazisində tamamilə baxımsız vəziyyətdə olan yolun ümumi uzunluğu nə az, nə çox, tam 5 km təşkil edir. Avtomobil yolu, sözün həqiqi  mənasında, 200-dən artıq sakini çıxılmaz vəziyyətdə qoyub. Gün ərzində buradan sərnişin daşıyan avtobus və mikroavtobuslar keçir. Sakinlər palçıqlı yollarla övladlarını məktəbə aparır. 

Bir müddət öncə ərazidə aparılan qazıntılardan sonra  avtomobil yolu daha da pis vəziyyətə düşüb. Gəncə şəhərinin su və kanalizasiya sisteminin yenilənməsi layihəsi çərçivəsində yaşayış massivi keçilməz olub.

Gəncə Şəhər İcra Hakimiyyətindən 5-ci mikrorayon  sakinlərinin üzləşdiyi problemə şifahi şəkildə münasibət bildirilib. Qurumdan qeyd olunub ki, Gəncə şəhərində “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi icra olunur. Küçələrin və məhəllədaxili yolların asfaltlanması da şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması məqsədilə həyata keçirilən sözügedən layihəyə paralel şəkildə aparılır. “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində su-kanalizasiya xətlərinin çəkilişi və yenilənməsi tam yekunlaşan ərazilərdə, o cümlədən 5-ci mikrorayon yaşayış massivində  növbəti ilin əvvəlindən mərhələli şəkildə asfalt işləri görüləcək. Qısası, uzun illərdir yol üzünə həsrət qalan 200-dən artıq sakin daha bir il səbr etməlidir.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bu yazılara da göz atın...