Home ƏYALƏT Başçı müavini ilə sakinlər arasında qarşıdurma – SAXLANILAN VAR

Başçı müavini ilə sakinlər arasında qarşıdurma – SAXLANILAN VAR

by admin
9 views

Samux rayonu, Sarıqaya kəndində yanğın hadisəsi baş verib. 

KAİM.az BAXAR.AZ-a istinadən xəbər verir ki, Nailə İslam qızı Əliyevaya məxsus fermanın 250 kv. metr sahəsi yanıb. Sahibkara minlərlə manat ziyan dəyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunsa da, yanğına tam müdaxilə edə bilməyiblər, fermanın 250 kv. metr sahəsi tamamilə yanıb.

Eyni zamanda, əraziyə Samux RPŞ, Samux RİH-nin əməkdaşları da cəlb olunub. Samux RİH-nin başçısının müavini Arif Ağayevlə sakinlər arasında qarşıdurma yaşanıb. Əliyev Fərman İslam oğlu zorakılıq yolu ilə polis tərəfindən saxlanılıb. Hazırda ona yaxın insanlar Samux RPŞ-nin qarşısına toplanır.

Məlumatı qarşıdakı müddət ərzində yeniləməyə çalışacağıq.

Bu yazılara da göz atın...